Proqramçılıq insanlar tərəfindən çox vaxt yeni sahə olaraq qəbul edilsə də, proqramçılığın tarixi 19-cu əsrə qədər gedib çıxır. Bu isə o deməkdir ki, proqramçılar uzun illər boyu tarixin gedişatına sonsuz təsirlər göstərmiş, müasir həyatımızın bu nöqtəyə gəlməsində çox böyük rol sahibi olmuşlardır. Bu yazıda sizə kod yazmaqla tarixi dəyişən proqramçılardan bəziləri haqqında məlumat verəcəyik.
Ada Lavleys
İxtisas olaraq riyaziyyatçı olan Ada Lavleys ilk proqramı yazması ilə tarixə keçib. Maraqlısı isə odur ki, o bunu kompüterin icadından düz bir əsr əvvəl yazmışdı. Hətta bu gün belə kodlarla yeni mühit yaratmaq olduqca vaxt tələb edən bir işdir. Adanın ilk kompüter proqramçısı olduğunu və sağ ikən kompüterə belə çıxışı olmadığını düşünsəniz, onun dahiliyini daha yaxşı başa düşə bilərsiniz.

Linus Torvalds
Linux əməliyyat sistemindən əlavə həm də Git sisteminin yaradıcısı olan Linus Torvalds bununla bütün proqramçıların həyatını rahatlaşdırmağı bacarıb. Nə qədər mübahisəli həyata sahib olsa da, bu, onun əksər müasir veb proqramlar tərəfindən istifadə edilən kompüterlərin əsas güc mənbəsini yazması faktını dəyişdirmir.
Dennis Ritçi
"Bütün dillərin anası" hesab olunan C proqramlaşdırma dilini yaratması ilə tanınan Dennis Ritçi olmasaydı, bu gün yazılan bütün kodlar çox daha çətin və bəlkə də mümkünsüz olardı.
Alan Türinq
Yaratdığı "Türinq hesablama maşını" ilə alqoritm anlayışının formalaşmasına səbəb olan Alan Türinq həm də İkinci Dünya müharibəsi dövründəki fəalliyəti ilə milyonlarla insanın həyatını xilas etmiş, müharibənin daha tez bitməsinə imkan yaratmışdır.
Tim Berners-Li
Əgər hal-hazırda bu postu oxuyursansa, bunu Ümumdünya Hörümçək Torunun (World Wide Web) banisi, eləcə də ilk veb-saytın və ilk veb-brauzerin müəllifi olan Tim Bernes-Liyə borclusan deyə bilərik.