Proqramçılıq karyerası kimlər üçün daha uyğundur?

Proqramçılıq karyerası kimlər üçün daha uyğundur?
Texnologiyanın həyatımızın ən önəmli parçasına çevrilməsi ilə bərabər, proqramçılar da cəmiyyət tərəfindən ən çox tələb edilən və ehtiyac duyulan peşə sahiblərindən biri oldular. Bəs kimlər proqramçı ola bilər? Hansı xüsusiyyətlərə sahib insanlar proqramçı kimi uğurlu karyera əldə edə bilərlər? Bu yazımızda bu kimi suallara cavab tapa biləcəksiniz.


Hər şey qaydasında olana qədər rahatlamayanlar

Proqramçılar karyeraları ərzində sonsuz sayda problemə həll yolu tapmağa çalışırlar. Proqramçılar gündəlik olaraq kompleks mürəkkəb kod xətalarından tutmuş, ən sadə yazı səhvlərinə qədər yüzlərlə problemi həll edirlər. Ona görə də əgər sən də problemləri görür və onları həll edənə qədər həyatdan zövq ala bilmirsənsə, proqramçılıq sənin sahən ola bilər.

Gördüyü şeylərin necə işlədiyini başa düşməkdən zövq alanlar

Sərbəst şəkildə kod yazmaq üçün proqramlaşdırma alətlərinin necə işlədiyini başa düşmək, onların məntiqini anlamaq çox vacibdir. Bu şəkildə proqramçılar yazılan bütün kodların niyə və hansı məqsədlə yazıldığını başa düşür və onları kitab kimi rahat şəkildə oxuyaraq başa düşə bilirlər. Əgər bəzən özünü saatlarla bir şeyin necə işlədiyini düşünərkən tapırsansa, onda proqramçı olmağı düşünə bilərsən.

Kiçik detallara qarşı diqqətli olanlar

Əgər yazdığın kodların qüsursuz şəkildə işləməsini istəyirsənsə, onda həm yazdığın hər kiçik detala ayrı-ayrı diqqət etməli, həm də onların ümumi şəkildə bir-birinə uyğun olmasına fikir verməlisən. Məsələlərə fərqli bucaqlardan baxmağı, "böyük rəsmi" görməyi bacarırsansa, onda səndə də proqramçılıq xüsusiyyətləri mövcud ola bilər.

Nəyisə yaratmağı, təmir etməyi sevənlər

Proqramçılıq sadəcə kod yazmaqdan yox, həm də istifadəçinin işini asanlaşdıracaq yeni alətlər düşünməkdən, onları test edib yaranan problemləri aradan qaldırmaqdan ibarətdir. Ona görə də, daha yaradıcı düşüncə tərzinə sahib insanlar proqramçılıqda daha çox uğur əldə edirlər.

Kompüteri ilə dost olanlar 

Proqramçılarla bağlı bilinən ən məşhur faktlardan biri də onların insanlardan daha çox kompüterləri ilə əlaqəsi olmasıdır. Hər nə qədər bu hamıya aid olmasa belə, sosial aktivliyi çox sevməyən insanlar üçün proqramçılıq daha uyğun sahə hesab edilir. Siz burada insanlarla çox aktiv ünsiyyətə girmədən də öz işlərinizi görə və bütün tələbləri tamamilə qarşılaya bilərsiniz.

Əgər gördüyün bu xüsusiyyətlərin sənə uyğun gəldiyini düşünürsənsə, onda heç vaxt itirmədən proqramçılığa doğru ilk addımını atmalısan.

{lang_partners}

Ada Universiteti Div Academy
Bakı Ali Neft Məktəbi Div Academy
Dövlət Məşğulluq Agentliyi Div Academy
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Div Academy
Kapitalbank Div Academy
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Div Academy
Təhsil Assosiasiyası Div Academy
ABB Bank Div Academy
Hesab.az Div Academy
Ulduzum Div Academy
Unibank Div Academy

{lang_apply}

{lang_onl_reg}



Mobil nömrə minimum 9, maksimum 12 simvoldan ibarət olmalıdır.

{lang_sl_crs}